Bakıda arvadını vəhşicəsinə qətlə yetirən şəxsin cəzası BƏLLİ OLDU

Hadisə

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevə hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü F.Qarayev arvadı, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanı aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evinə getdiyinə görə qətlə yetirib.

Hadisə zamanı o, küçədə R.Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu da bıçaqlayıb.

Daha sonra F.Qarayev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir