Ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.
Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. Çünki elə məhsul var ki, qiyməti artıq bir neçə dəfə bahalaşıb. Bu gün isə şəkər tozunun qiymətinin bahalaşdığı bildirilib. Bəs bu, bahalaşma nə vaxta qədər davam edəcək?
İqtisadçı Elmir Səfərli Oxu.Az-a bildirib ki, qiymət artımı ölkədə şəkər tozuna olan tələbatın daxili olaraq tam ödənməməsinə bağlıdır:
“Son dönəmlərdə bir sıra ərzaq məhsulları ilə yanaşı, şəkər tozunun qiymətində də artım müşahidə olunmaqdadır. 50 kq kisənin qiyməti 75 manatı təşkil edir. Bu ortalama olaraq 10-12 faiz artım olaraq özünü göstərir. Azərbaycanda şəkər tozuna olan tələbat tam olaraq yerli səviyyədə ödənilmir. Burada iki istiqamət var. Daxili tələbatın yerli səviyyədə ödənilməsi və ya idxal hesabına ödənilməsi. İdxal hesabına ödənilən şəkər tozu daxili istehsal olunan şəkər tozundan qat-qat yüksəkdir”.
E.Səfərli qiymət artımının dünya üzrə müşahidə olunduğunu əlavə edib:
“Dünya səviyyəsində şəkər tozunun qiymətinin artması Azərbaycana da öz təsirini göstərdi. Buna görə də, yerli istehsal olunan şəkər tozunun qiymətlərində artımın olması daxili istehsal olunan məhsulun maye dəyərini və maye dəyərini təşkil edən faktorların qiymətlərinin artmasından irəli gəlir. Hətta Birləşmiş Millətlər Təşkilatı ərzaq və kənd təsərrüfatı bölməsinin hesabatında da qeyd olunub ki, şəkər tozunun qiymət indeksi ötən il ilə müqayisədə ortalama olaraq, 20 faiz artıb. Bu o deməkdir ki, növbəti illər ərzində digər məhsullar kimi şəkər tozuna olan tələbat artacaq. Bu da öz növbəsində qiymətlərə öz təsirini göstərəcək”.
Piştaxtalarda qiymət artımının olub-olmadığını müəyyənləşdirmək üçün supermarketlərlə əlaqə