“Qalatasaray” Dominik Torrentlə yollarını ayırdı

İdman

Türkiyənin “Qalatasaray” futbol klubu hazırki məşqçisi Dominik Torentlə yollarını ayırıb.

Klubdan verilən açıqlamaya görə, ispaniyalı mütəxəssislə yanaşı, onun köməkçilərilə də mövcud müqavilələr ləğv edilib.

Qeyd edək ki, bir müddət öncə “sarı-qırmızılar”ın “Başakşehir”lə çempionluq yaşamış Okan Burukla anlaşdığı bildirilib.  

Mənbə: “Haber Global”

www.RIA24.az

Spread the love