
Bakı.Trend:
Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”,
“elalmelarby”, “alharir”, “alekhbarya” və digər xəbər portallarında
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc
edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri,
diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu
yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verilib.
Bildirilib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dinc
əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi
bu faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən
cinayətdir.
Seymur Nəsirov misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq
əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilən bu
qırğın barədə geniş yazıldığını da diqqətə çatdırıb. Müəllif
kitabda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
azərbaycanlılara qəddarcasına divan tutulduğunu bildirib,
Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili
standartlara məruz qaldığını vurğulayıb.
Soydaşımız, eyni zamanda 20 Yanvar hadisələri ilə 1919-cu ildə
müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə
arasında paralellər aparıb, səbəblərinin oxşar olduğunu qeyd
edib.
Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələri, o
cümlədən Misir ictimaiyyəti Azərbaycan xalqının yanında olub.
1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavir
əl-Demerdaş əl-Okali Sovet İttifaqına Misir parlamentinin etirazını
göndərib. Xalqımızın bu həmrəyliyi heç bir zaman unutmadığı
vurğulanıb.
Həmçinin 20 Yanvar hadisəsindən 36 il keçməsinə baxmayaraq,
dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq
səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməli
addımlar atmaması diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq
mümkündür:
https://wwnewss.com/الذكرى-36-للأحداث-المأساوية-في-يناير-الأ/
https://elalmelarby.com/?p=60529
https://alharir.info/121585-2/
https://alekhbarya.net/archives/347947
https://eltashira.com/archives/105034

