Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

Baş səhifə

Bakı. Trend:

Lider mobil operator Şəxsi Məlumatların İdarəetmə Sistemi
(Privacy Information Management System) üzrə tətbiq olunan ISO/IEC
27701:2019 beynəlxalq sertifikata layiq görülüb. Azercell bu
standartlaşmanı Azərbaycanda rəsmi akkreditasiya qurumu tərəfindən
uğurla keçən ilk şirkət olaraq informasiya təhlükəsizliyi sahəsində
aparıcı mövqeyini daha da möhkəmləndirib.

ISO/IEC 27701:2019 sertifikatı Azercell-in şəxsi məlumatların
məxfiliyinin idarə olunmasında beynəlxalq standartlara əsaslanan
sistemli yanaşma tətbiq etdiyini, həmçinin müştəri məlumatlarının
emalında şəffaf, etibarlı və effektiv nəzarət mexanizmlərindən
istifadə etdiyini bir daha təsdiqləyib. Sertifikatlaşdırma prosesi
TÜV Austria tərəfindən aparılan müstəqil audit əsasında həyata
keçirilib.




Bununla yanaşı, Azercell ISO/IEC 27001:2022 Beynəlxalq
İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını
növbəti üç il üçün uğurla yeniləyib. Bu sertifikat informasiya
təhlükəsizliyi idarəetmə sisteminə əsaslanaraq şəxsi məlumatların
qorunması üçün sistemli tələblər və nəzarət mexanizmləri təqdim
edir. Standart təşkilatlara şəxsi məlumatların emalı və qorunması
üçün vahid çərçivə təqdim edir, istifadəçilərin öz məlumatları
üzərindəki hüquqlarını qorumağa, riskləri azaltmağa və beynəlxalq
məxfilik tələblərinə uyğunluğu təmin etməyə imkan yaradır. Qeyd
edək ki, Azercell 2019-cu ildən ISO/IEC 27001:2022 standartına
uyğun fəaliyyət göstərir və informasiya təhlükəsizliyi sahəsində
beynəlxalq tələblərə uyğun yanaşma tətbiq edir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya
üzrə milli standartlaşdırma qurumlarını birləşdirən beynəlxalq
federasiyadır. Təşkilat idarəetmə, texnologiya və biznes
sahələrində xidmət və proseslərin keyfiyyətini qiymətləndirən
minlərlə beynəlxalq standartı təsdiq edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir