Yeni lüğətimizdə nə qədər söz olacaq?

Baş səhifə

Bakı.Trend:

Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki
çıxışında, həm də yerli televiziyalara verdiyi müsahibələrdən sonra
dilə münasibət baxımından inqilabi dəyişikliklər baş verib.

Bu fikirləri Trend-ə açıqlamasında Əməkdar elm xadimi, akademik
Nizami Cəfərov bildirib.

O, qeyd edib ki, dilçilərimiz çalışırlar ki, deyilən tövsiyələri
yerinə yetirsinlər.

“Orfoqrafiya lüğətinə həqiqətən də ehtiyacımız var. İndi
əlimizdə xeyli material var ki, daha münasib orfoqrafiya lüğəti
hazırlaya bilək. Yeni orfoqrafiya lüğətinin hazırlanmasında həm də
süni intellekt texnologiyasında istifadə edilir. Çünki dilin lüğət
korpusu bütünlüklə hesablanmalıdır. Azərbaycan dilində nə qədər söz
varsa, onları bir yerdə toplaya bilsək, təxminən yarım milyonadək
söz edəcək. Yarım milyon sözün orfoqrafiya lüğətində yüz minə
qədəri əksini tapsa yaxşı olar”.




Akademik vurğulayıb ki, əslində, əsas məsələ orfoqrafiya
lüğətinin tərtib edilməsi deyil, orfoqrafiya qaydalarının normal
olmasıdır.

“Orfoqrafiya qaydalarındakı bəzi problemlər həll olunub
dəqiqləşəcəksə, lüğəti istənilən ziyalı, dillə bağlı qurum tərtib
edə bilər”.

Dilçi alim həmçinin qeyd edib ki, terminologiya sahəsində ciddi
problemlərimizin olduğunu düşünmür.

“Azərbaycanda terminologiya ilə məşğul olan yaxşı
mütəxəssislərimiz var. Hər bir terminologiyanı həmin sahənin
mütəxəssisləri hazırlayır”, -deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir