Toyda “Laçınım” mahnısının üstündə qan töküldü

Hadisə

Mingəçevir şəhərində keçirilən toy mərasimində dava olub.  

Bizim.Media-nın məlumatına görə, hadisə Samux küçəsində yerləşən “Altun” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.  

Toyda “Laçınım” mahnısının ifaçılar tərəfindən yarımçıq saxlanılması münaqişəyə səbəb olub. 

Toyda sərxoş vəziyyətdə olan iştirakçılardan biri ifaçıları söyüşlə təhqir edib. Nəticədə mübahisə və münaqişə yaranıb. Musiqiçilərdən biri – saz ifaçısı əl nayihəsindən kəsici alətlə kəsilmiş-deşilmiş yara xəsarətləri alıb.  

Sonra şadlıq sarayı ərazisinə iki avtomobildə müxtəlif kəsici alətlərlə yaralı ifaçının yaxın adamları yetişiblər. Davanı məclis iştirakçıları yatırmağa çalışıblar. 

Polisin çevik hadisə yerinə yetişməsi bəzi hadisə iştirakçılarını qaçmağa vadar etsə də, polis əməkdaşları yollarını kəsərək onları saxlayıblar. Toy sahibi də daxil olmaqla, münaqişə iştirakçıları polis şöbəsinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir