Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Bu barədə XİN-in “Twitter” səhifəsində qeyd olunub.
“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan itkisi və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN bildirib.
We are deeply saddened by the tragic loss of life & destruction caused by the devastating earthquake in #Afghanistan. We extend our deep condolences to the families of those who lost their lives in this disaster & wish to those injured a speedy recovery.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) June 22, 2022
Qeyd edək ki, Əfqanıstanın Paktika əyalətində 6,1 bal gücündə baş verən zəlzələ zamanı son məlumatlara görə, 950-dən çox insan ölüb, yaralananların sayı isə 620-ni keçib.
www.RIA24.az