“Neftçi”nin yeni baş məşqçisi: “Azarkeşlərin “istefa” şüarı məni qorxutmur”

İdman

“Məni bura dəvət edən rəhbərliyə təşəkkür edirəm. Çalışacağam ki, “Neftçi”ni lazımi səviyyəyə çatdıraq”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampf deyib.

Rumıniyalı məşqçi ilk dəfə Azərbaycanda mətbuat önünə çıxıb:

“Əlbəttə ki, komandanı hazırlamaq üçün az müddət var. Millinin oyunlarında iştirak edənlər hələ komandaya qoşulmayıblar. Onlar da qoşulandan sonra bir yerdə məşq keçəcəyik. Mən bura gəlməmişəm ki, vaxtdan şikayətlənim. Əminəm ki, Avropa Konfrans Liqasının oyununa kimi biz tam hazır olacağıq.

“Neftçi”də azarkeşlərin “istefa” qışqırması məni qorxutmur. Əvvəllər də belə təzyiqlə üzləşmişəm. Bu, əksinə mənə motivasiya verir”.

O, “Neftçi”də alacağı maaş barədə Rumıniya mətbuatında gedən yazının həqiqətəuyğun olmadığını və bu məbləğin məxfi olduğunu bildirib.

Səbuhi Musa

www.RIA24.az

Spread the love