
Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqların nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və yalnız kompromis yolları axtarılmalıdır.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sənəd tam hazırdır.
Prezident bildirib ki, sənədin imzalanması üçün tərəfdaşlardan tarix və yer barədə siqnal gözlənilir, bundan sonra sənəd ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim olunacaq.

