Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

İdman

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

“Report”un məlumatına görə, o, Bosniya və Herseqovinada “Bortats” və Farer adalarının “B-36 Torşavn” komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.

www.RIA24.az

Spread the love