
Bakı.Trend:
Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış
yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz
şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət
isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında
yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə
arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda
arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,
gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3
dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı
ehtimal olunur.

