
Bakı. Trend:
26-27 yanvar tarixlərində Günəşdə güclü alışmalar
gözlənilir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“26-27 yanvar tarixlərində günəşdə əsasən aşağı günəş aktivliyi
gözlənilir, M sinfindən olan alışmaların baş verəcəyi mümkündür”,
-deyə institudan bildiriblər.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə
beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer
orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun
gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

