Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.
APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
www.RIA24.az