
Bakı. Trend:
“Vest Hem”İn yarımmüdafiəçisi Lukas Paketa karyerasını ölkəsində
davam etdirəcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Qırmızı-qaralar” 28 yaşlı hücumameyilli
yarımmüdafiəçi üçün İngiltərə klubuna 41 milyon avro təzminat
ödəyəcək.
Qeyd edək ki, Lukas Paketa “Flamenqo”nun yetirməsidir.

