Ermənistan prezidenti “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyə bilmədi

Siyasət

“Biz realist olmalıyıq. Siz bilməlisiniz ki, bəzi məsələləri (Ermənistan müxalifətinin Qarabağla bağlı cəfəng iddialarını nəzərdə tutur – red.) bəyan edərkən manevr hüququnuzu itirirsiniz”.

Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında bildirib.

Ermənistan prezidenti diplomatiyanı pafosdan ayırmağın vacibliyinə toxunaraq deyib:

“Biz siyasəti diplomatiyadan, populizmi ictimai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq”.

V.Xaçaturyan əlavə edib ki, müxalifətin davranışları Ermənistana cavabdeh olan şəxslərə və onların apardıqları danışıqlar prosesinə zərər vurur.

Qeyd edək ki, Ermənistan prezidentinin müxalifətin sözügedən fikrini dilinə gətirməməsi (gətirə bilməməsi – red.) sosial şəbəkənin erməni seqmentində qəzəb doğurub. 

Mənbə: 1tv.am

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir