Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə və
müəssisə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin
iştirakı ilə vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.

Müraciətlər məşğulluq, əlillik dərəcəsinin təyin edilməsi və
digər sosial sahələri əhatə edib.




Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll
olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara
yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir