ABŞ-da 10 yaşlı uşaq anası ilə balıq tutarkən iri naqqa tikanını onun sinəsinə batırıb.
Bu barədə “Bay News” məlumat yayıb.
Hadisə Florida ştatının Nyu-Port Riçi şəhərində baş verib. Balığın tikanı uşağın bədəninə dörd santimetr dərinlikdə nüfuz edib. Anası oğlunu xəstəxanaya çatdırıb. O vaxta qədər uşaq boğulmağa başlayıb – bəzi naqqa balıqları zəhərli olur.
Həkimlər uşağı helikopterlə Tampadakı xəstəxanaya çatdırıblar. İndi o, bərpa prosesi keçir.
Mənbə: Gazeta.ru
www.RIA24.az