Şahin Atamov kikboksçu rəqibinə söz atdı: “Çalışacağam ki, karatenin adını uca tutum” – FOTO/VİDEO

İdman

“İlk dəfə çempion olmuşam. İndi çempionluğu müdafiə edəcəyəm. Bu mənim üçün ikiqat məsuliyyətdir. Vətənimə yenidən kəmərlə qayıtmaq əsas hədəfdir. İnşallah, iyunun 25-i bunu həyata keçirəcəyəm”.

Oxu.Az-ın xəbərinə görə, bunu azərbaycanlı veteran karateçi Şahin Atamov deyib.

“Karate Kombat”da son kəmərin sahibi olan Atamov iyunun 25-də qarşılaşacağı amerikalı Ross Levinlə döyüş barədə danışıb. Şahin rəqibinin zəif cəhətləri barədə danışmaq istəmədiyini bildirib:

“Mən rəqibimi heç vaxt kiçiltmirəm. Burada zəif idmançı olmur. Hər kəs burada döyüşməyə layiqdir. Həm də rəqibimin filan cəhəti zəifdir deməyim düzgün olmaz”.

O, rəqibindən fərqli olaraq, sırf karateni təmsil etdiyini və azı bu idman növü üçün qalib gəlmək istədiyini vurğulayıb:

“Heç bir döyüş asan deyil. Mən əvvəlki müsahibəmdə demişdim ki, burada sırf karateni təmsil edirəm. 26 ildir ki, karate ilə məşğul olmuşam. Ross Levin kikboksinq üzrə çempiondur. Ona görə də çalışacağam ki, karatenin adını uca tutum. Bu ilk növbədə karate və kikboksinq arasında idman prinsipidir. Önəmli olan karatenin qalib gəlməsidir”.

Ross Levin isə hər dəfə döyüşünü təkmilləşdirdiyini, kəməri qazanmaq istədiyini, Şahin Atamovun sağ əlinin güclü olduğunu bildiyini, ancaq bunun onun üçün problem olmayacağını bildirib.

Qeyd edək ki, ABŞ-ın Orlando şəhərində keçiriləcək bu döyüş beş raunddan ibarət olacaq.

Səbuhi Musa

www.RIA24.az

Spread the love