“Azərbaycan üçün əsas məqsədlərdən biri iqtisadiyyatın diversifikasiya edilməsidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin bildirib.
Onun sözlərinə görə, beynəlxalq rəqabətli iqtisadiyyatın yaradılması çox mühüm bir vəzifədir.
O qeyd edib ki, bu gün geosiyasi vəziyyət çox gərgindir:
“Rusiya-Ukrayna məsələsi Azərbaycanın qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməlidir”.
İlhamə Əbülfət
www.RIA24.az