Polkovnik Telman Orucov vəfat edib

Baş səhifə

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müəllimi polkovnik Telman Orucov vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Birinci Qarabağ müharibəsi iştirakçısı, Hərbi Akademiyanın müəllimi polkovnik Telman İzzət oğlu Orucov uzun sürən xəstəlikdən 64 yaşında vəfat edib.

Qeyd edək ki, Telman Orucov generallar Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Telman Orucov 1962-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir