“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Raldneylə anlaşıb.
Oxu.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən Ağdam komandasına qoşulacaq.
Bunun üçün “Qarabağ”ın qarşı tərəfə bir milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Çünki dayaq yarımmüdafiəçisinin “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl monteneqrolu hücumameyilli mərkəz yarımmüdafiəçisi Marko Yankoviçi transfer edib.
www.RIA24.az