Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət
əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə
409,3 milyon ABŞ dolları və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 11,58%-i həcmində olub. Bununla da
Türkiyə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə
qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollarlıq məhsul
ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 441,6 milyon ABŞ
dolları və ya 11,6% azdır.

Dövr ərzində Türkiyəyə ixrac əməliyyatlarının 118 milyon ABŞ
dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi
isə 242,6 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə
Azərbaycandan Türkiyəyə sözügedən məhsulların ixracında dəyər
ifadəsində 114,4 milyon ABŞ dolları və ya 49,2%, həcm baxımından
isə 187,9 min ton və ya 43,6% azalma qeydə alınıb.




Eyni zamanda 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyon
ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da
2024-cü illə müqayisədə 55 milyon ABŞ dolları və ya 10,1% çoxdur.
Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46%
təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neft
məhsulları ixrac etdiyi ölkələr sırasında Rusiyadan sonra 2-ci
pillədə qərarlaşıb.

Hesabat ilində Türkiyədən Azərbaycana isə 2,343 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
illə müqayisədə 32,3 milyon ABŞ dolları və ya 1,4% artım
deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir