Epşteyn işinə görə daha bir qalmaqallı istefa

Baş səhifə

Slovakiyanın baş naziri Robert Fiko qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynlə bağlı sənədlərdə adının çəkilməsindən sonra müşaviri, sabiq xarici işlər naziri Miroslav Lajçakın istefasını qəbul etdiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Fiko bildirib ki, Lajçak diplomata yaraşan addım ataraq əməkdaşlığa son qoyulmasını özü təklif edib.

Slovakiya mediasının nəşrinin yazdığına görə, açıqlanan materiallarda Epşteyn Lajçakı beynəlxalq təsirə malik şəxs kimi təqdim edib və onu “dostu” adlandırıb.

Bu məlumatlar Slovakiyada siyasi müzakirələrə səbəb olub və nəticədə istefa qərarı verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir