İdmançımız rəqibinin çəkisi artıq olduğu üçün finala çıxıb – FOTO

İdman

Rumıniyanın Georgen şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

Oxu.Az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin yeddi idmançısı mübarizə aparıb və hər biri rinqdən qələbə ilə ayrılaraq finala yüksəlib.

Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın heyətində Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) finalda mübarizə aparacaqlar.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində Aysu İsmayılova (46 kq) yarımfinal mərhələsini döyüş keçirmədən adlayıb. Buna onun rəqibi Florentina İonelanın rinqə buraxılmaması səbəb olub. Rumıniyalı idmançının çəkisi artıq olduğu üçün boksçumuz qalib elan edilib.

Bundan başqa, Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) finalda döyüşəcəklər.

Qeyd edək ki, 12 ölkədən 200-dən artıq idmançının qatıldığı yarışda boksçularımız final döyüşlərinə sabah çıxacaqlar.

www.RIA24.az

Spread the love