
Bakı. Trend:
ABŞ-də hüquq mühafizə orqanları əməkdaşları Minneapolisdə 4 minə
yaxın qanunsuz miqrantı saxlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik
nazirinin köməkçisi Trişa Maklaflin deyib.
Onun sözlərinə görə, bu rəqəmlər icra orqanlarının 29 noyabr
2025-ci ildə əməliyyatlara başlamasından bəri gördükləri işin
nəticəsidir.
Son bir neçə ayda Minneapolisdə ölkənin miqrasiya ilə bağlı
qanunvericiliyi pozan şəxslərə qarşı əməliyyatlara 4 mindən çox
federal hüquq mühafizə orqanları əməkdaşları, o cümlədən miqrasiya
xidmətinin əməliyyatçıları cəlb olunub.

