Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15 367 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
www.RIA24.az