Polşa Ukrayna ilə sərhəddə hava məkanını bağladı

Baş səhifə

Bakı. Trend:

Polşa cənub-şərq sərhədlərində hava məkanını artıq bir neçə
saatdır ki, bağlayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu “FlightRadar24” məlumatları əks
etdirir.

Hava məkanının bağlanma səbəbi hələlik açıqlanmır.




Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X”
səhifəsində Rusiyanın Ukraynadakı aktivliyi fonunda Polşa
qırıcılarının havaya qaldırıldığını bildirib. Həmçinin hava
hücumlarından müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri döyüş
hazırlığı vəziyyətinə gətirilib.

Polşalı hərbçilər əmin edirlər ki, bu tədbirlər preventiv
xarakter daşıyır və ölkə sərhədlərinin təhlükəsizliyinin təmin
olunmasına yönəlib.

Xatırladaq ki, yanvarın 28-də naməlum pilotsuz uçuş aparatı
Polşa hərbi bazasının ərazisində yerləşən silah-sursat anbarı
yaxınlığında yerə düşmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir