ABŞ Prezidenti Co Bayden Elmau qəsrindəki G7 sammitini vaxtından əvvəl tərk edib.
Bu barədə DPA agentliyi xəbər verib.
Məlumata görə, buna səbəb pis hava şəraiti olub.
Ağ Ev rəhbəri NATO sammiti üçün helikopterlə Münhenə, oradan isə təyyarə ilə Madridə uçmazdan əvvəl bu gün sammitin yekun iclasında çıxış etməli idi. Lakin agentliyin məlumatına görə, duman və buludluluq səbəbindən o, Münhenə gedən yolun bir hissəsini avtomobillə keçməyə qərar verib.
Erkən yola düşməzdən əvvəl Bayden Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Almaniya kansleri Olaf Şolts və İngiltərənin Baş naziri Boris Conson ilə görüşə bilib.
Mənbə: İzvestiya
www.RIA24.az