İran parlamentinə Təbrizdən seçilmiş deputat Məsud Pezeşkian ölkənin xarici siyasətini kəskin tənqid edib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, o, başqa ölkələrin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb.
İranlı deputatın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxilə etdiyini hiss edirlər.
“Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik, lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizimlə bağlı düşüncələridir”, – deyə təbrizli millət vəkili vurğulayıb.
Pezeşkianın fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və daha sonra onları həll etmək daha da çətinləşir, buna görə də ölkə inkişaf edə bilmir.
www.RIA24.az