Azərbaycanın Ukraynaya göndərdiyi enerji avadanlıqlarından ibarət humanitar yardım təhvil verildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından
ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X”
sosial media hesabında paylaşım edib.

S. Mərdəliyevin sözlərinə görə, Ukraynanın Bakıdakı səfiri Yuri
Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə
müvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnik də sosial media
hesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycana
təşəkkür edib. “Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyin
nümunəsidir”, – deyə o vurğulayıb.

Kalaşnik qeyd edib ki, Azərbaycan regionun bərpasında
uzunmüddətli və etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, artıq
İrpində bir sıra mühüm layihələr həyata keçirilib, o cümlədən
Zərifə Əliyeva adına 12 nömrəli məktəb bərpa edilib, mərkəzi şəhər
xəstəxanası yenilənib, təhsil və ictimai məkanlarda infrastruktur
layihələri icra olunub. Dövlətlərarası və regionlararası
tərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində işlərin davam
etdiyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir