İddiaçılar turniri: Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi

İdman

İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

Şahmatçımız 10-cu turda turnirin lideri Yan Nepomnyaşiyə (Rusiya) qarşı qara fiqurlarla çıxış edib. 37-ci gedişdə oyun heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, iki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Hazırda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir: Nepomnyaşi – 6,5, Karuana – 5,5, Nakamura, Dinq Liren – hərəyə 4,5, Rəcəbov, Rapport, Firuzja – hərəyə 4, Duda – 3,5 xal.

www.RIA24.az

Spread the love