Türkiyə Maarif Vəqfi Azərbaycanla fəaliyyətin davam etdirilməsində maraqlıdır – FOTO

İqtisadiyyat

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün İqtisadiyyat Nazirliyində olub. 

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, yüksək səviyyəli strateji əməkdaşlığı vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sosial, mədəni, humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində, xüsusilə  Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş sıx əlaqələr mühüm əhəmiyyət kəsb edir. 

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın müvafiq qurumları ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir