
Bakı.Trend:
Fevralın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə
görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq
aidiyyəti üzrə təhvil verilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər
saxlanılaraq istintaqa təhvil verilib.

