Yeddi yaşlı uşağın müəmmalı ölümü – VİDEO

Hadisə

Xaçmazda itkin düşən azyaşlının meyiti Qubada tapılıb.

Baku TV xəbər verir ki, Xaçmaz rayonunun Çaykənarı kənd sakini 7 yaşlı Tahir Nurməmmədli 28 iyun səhər saatlarında itkin düşüb. Ailəsi uşağı kənd ərazisində axtarsa da, nəticə olmayıb. 

Gecə saatlarında azyaşlının meyiti Quba rayonunun Qımılqışlaq kəndində süni şəkildə yaradılmış göldə tapılıb.

Yeddi yaşlı uşağın bir rayondan digərinə hansı yolla getməsi valideynlərində və yaxınlarında müəmma doğurub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir