SİF kredit götürən sahibkarlar BARƏDƏ: “Üç-beş ay sonra VÖEN-i bağlamaq istəyir ki, hesabat verməsinlər”

İqtisadiyyat

“Bəzən olur ki, sahibkar kredit alır və üç-beş ay sonra VÖEN-i bağlamaq istəyir ki, hesabat verməsin. Bu zaman vəsaitin geri qaytarılması istiqamətində işlər aparılır”.

“Report” xəbər verir ki, bunu turizm sektorundan olan sahibkarlarla görüşdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov deyib.

“Layihələr uğursuz olanda da vəsait geri qaytarılır. Bəzi hallarda sahibkarlar məlumatları təqdim edirlər, amma yerində dürüstləşmə aparıldıqda görünür ki, məlumatlar həqiqəti əks etdirmir. SİF-in əsas istəyi odur ki, sahibkarlıq inkişaf etsin. Amma təəssüf ki, layihə uğursuz olanda vəsaiti geri qaytarmağa məcbur oluruq”, – deyə o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir