
Bakı. Trend:
İspaniyanın “Barselona” klubunun futbolçusu Jül Kunde yay
transfer pəncərəsində klubunu dəyişə bilər.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Real Madrid” fransalı müdafiəçi
ilə yaxından maraqlanır.
Kataloniya təmsilçisi hazırda oyunçunu satmaq niyyətində deyil.
Lakin klub 70-80 milyon avroluq təklif alsa, bu transferi nəzərdən
keçirə bilər.
Fransa millisinin 27 yaşlı müdafiəçisi İngiltərənin “Çelsi”
klubunun da diqqət mərkəzindədir.
Qeyd edək ki, Jül Kundenin “Barselona” ilə hazırkı müqaviləsi
2030-cu ilə qədərdir. Futbolçu bu mövsüm La Liqa təmsilçisinin
heyətində 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə
edib.

