Cəlilabadda kəsici alətlə vurulan kişi xəstəxanada öldü

Baş səhifə

Bakı.Trend:

Cəlilabadda cinayət hadisəsi baş verib.

Trend-in
məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş
verib.

Belə ki, rayon sakini 52 yaşlı Azər Baxşiyevə kəsici alətlə
xəsarət yetirilib. A. Baxşiyev aldığı xəsarətdən xəstəxanada
ölüb.




Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim
Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir