Rusiyanın Krasnoyarsk şəhərində iki yaşlı uşaq binanın altıncı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb, ancaq sağ qalıb.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.
Məlumata görə, kişi oğlu ilə yatmağa uzanıb. Uşaq ayılıb və mətbəxə keçib. Oradan açıq pəncərəyə çıxıb və yıxılıb.
Ana hadisə vaxtı doğum evində olub, o, ikinci övladını dünyaya gətirib.
Uşaq ağır travmalarla reanimasiyaya aparılıb, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hazırda uşağın həyatının təhlükədə olmadığı bildirilir.
Mənbə: “Mash” “Telegram” kanalı
www.RIA24.az