“Tibb sahəsində tanınmış brend xəstəxanaların ölkəmizdə fəaliyyət imkanlarına baxılmasını təklif edirəm”.
“Report” xəbər verir ki, bunu “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.
O öz fikrini belə əsaslandırıb:
“Bildiyiniz kimi, əhalimizin böyük bir hissəsi müalicə üçün xaricə, qonşu ölkələrə üz tutur. Səbəb müxtəlif amillərdir. Xarici ölkələrdə tibbin daha yaxşı inkişaf etməsi, yeni müalicə üsullarının tətbiqi, tibbi turizmin daha cəlbedici olması bu amillər sırasında ilk yerlərdədir. Bunun alternativi olaraq həmin brend fəaliyyət və xidmətlərin ölkəmizə gətirilməsini təşviq etməklə ölkədə rəqabətlilik, keyfiyyətlilik, gəlirlilik imkanlarını daha da artırmış olarıq”.
www.RIA24.az