Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Baş səhifə

Bakı.Trend:

“Kristal
müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq
məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib. Ofis “Elmlər
Akademiyası” metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78,
“Merida Premium” layihəsində yerləşir.

Yeni satış ofisi “Kristal”ın Bakı,
Sumqayıt və Xırdalan şəhərlərində yerləşən layihələr barədə
məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada layihələrin
ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri
ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və
büdcələrinə ən uyğun seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak
konsultasiyası formatında həyata keçirilir və hər bir alıcıya fərdi
yanaşma təqdim olunur.

Mərkəzi satış ofisində “City Garden Narimanov”, “Park
Yasamal”, “Sahil Park Sumqayıt”, “Biləcəri yaşayış kompleksi”, “Kristal Towers”, “Yeni Sumqayıt”, “Highland Residence” və “Park
Xırdalan”
layihələri üzrə detallı məlumat əldə etmək
mümkündür.

Hazırda şirkət müxtəlif satış mexanizmləri təklif edir.
Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, 12
və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur. Onu da
qeyd edək ki, hazırda “Evini hissə-hissə al” kampaniyası da davam
edir. Bu model kredit və faiz olmadan hissəli ödənişlə mənzil
sahibi olmaq imkanı yaradır. Müştərilər bütün bu imkanları bir
məkanda dəyərləndirərək öz gələcək planlarına ən uyğun qərarı verə
bilərlər.

https://youtube.com/shorts/rNBO-VERyIc




“Kristal”ın
Mərkəzi satış ofisi mənzil seçimini daha rahat, şəffaf və əlçatan
edir. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşmaq və ya
*1544 qısa nömrəsinə zəng etmək kifayətdir.

Ətraflı: *1544


Ünvan: Yasamal rayonu, Hüseyn Cavid prospekti
78.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir