Ayı onu çəkməkdə inadkarlıq edən adama hücum edib.
Hadisə Slovakiyada qeydə alınıb.
Operator uzun müddət və inadkarlıqla ayını çəkib. Görünür bu əyripəncəni qəzəbləndirib və o, kişiyə hücum edib.
Operator canını ayının əlindən heyvanlardan müdafiə üçün nəzərdə tutulan spreyi püskürtməklə qurtara bilib. Onun yüngül xəsarət aldığı deyilir.
Ehtimal olunur ki, kişi milli parkın ərazisinə qeyri-qanuni daxil olub, bu səbəbdən onu həm də cərimə gözləyir.
www.RIA24.az