
Bakı. Trend:
2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA
U-20 dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi
təsdiqlənib.
Trend-in
məlumatına görə, bu, AFFA İcraiyyə Komitəsinin son iclasında
reallaşıb.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında FIFA Şurasının qərarı
ilə bu turnirin ev sahibliyi birgə şəkildə Azərbaycan və
Özbəkistana verilib. Mundialın may-iyun aylarında keçirilməsi
gözlənilir.

