Rusiya sərhədi yaxınlığında yerləşən Finlandiyanın Lappeenranta şəhərinin hava limanı hərbi baza yerləşdirmək üçün NATO-ya verilə bilər.
Bu barədə şəhər meri Kimmo Yarva məlumat verib.
Mer həmçinin qeyd edib ki, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü Etel-Karjala regionunda (Cənubi Kareliya) təhlükəsizlik və ümid hissi yarada, regiona böyük investisiyaların yatırılmasına səbəb ola bilər.
Bildirilib ki, hələlik bu məsələ ilə bağlı hərbi qurumlarla danışıqlar aparılmayıb.
Mənbə: TASS
www.RIA24.az