UEFA internetdə futbolçulara qarşı təhqirlərlə mübarizə proqramına start verir.
Xüsusi proqram növbəti üç il ərzində müxtəlif turnirlər, o cümlədən gənclərin, qadınların və kişilərin final matçları zamanı internetdə təhqiredici davranışın və ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır.
UEFA təhqiredici məzmunu silmək üçün birbaşa əsas sosial media platformaları ilə işləyir.
Təşkilat bu istiqamətdə maarifləndirmə işləri də aparacaq. Qurum internetdə təhqirlərdən qorunmağın yollarını təbliğ edəcək, həmçinin bu məsələ ilə bağlı bir sıra sənədli filmlər nümayiş etdirəcək.
Proqrama iyulun 6-da başlayacaq qadınlar arasında Avropa çempionatında start veriləcək.
Mənbə: sports.ru
www.RIA24.az