İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Qanuna əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
www.RIA24.az