
Bakı. Trend:
İranın Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq Bakıya
gəlib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən
məlumat verilib.
İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanım
Fərzanə Sadiq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası
arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci
iclasında iştirak etmək məqsədilə, nazirliklərin, iqtisadi
qurumların və ölkəmizin özəl sektorunun nümayəndələrindən ibarət
nümayəndə heyətinə rəhbərlik edərək Bakıya səfər etmişdir.
Xanım Sadiq Bakıya gəlişi zamanı Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, eləcə də İran
İslam Respublikasının Azərbaycandakı səfiri tərəfindən
qarşılanmışdır.
Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında
iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli
siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər
keçirəcəkdir.
Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud
vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin
aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni
əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin
icrasının sürətləndirilməsi məsələləri daxildir.

