İran və Azərbaycan arasında yol xəritəsi iki ölkənin ticarət perspektivini müəyyənləşdirə bilər – Fərzanə Sadeq

Baş səhifə

Bakı. Trend:

İran və Azərbaycan arasında ticarət əməkdaşlığı üzrə yol
xəritəsinin tənzimlənməsi iki ölkənin ticarət əlaqələri üzrə aydın
perspektivini müəyyənləşdirə bilər.

Trend xəbər
verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Onun sözlərinə görə, ötən iki ildə iki ölkənin ticarət
dövriyyəsi 650 milyon dollar təşkil edib.




İranlı nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın
Azərbaycana səfərindən sonra bütün sahələrdə iki ölkə
münasibətlərində yeni üfüqlər açıb.

Sadeq deyib ki, hesablamalar iki ölkə arasında ticarət sahəsində
irəliləyişlərin olduğunu əks etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir