ABŞ-nin elan etdiyi 10 faizlik gömrük rüsumları qüvvəyə minib

Baş səhifə

Bakı. Trend:

ABŞ-yə idxal edilən mallara tətbiq olunan gömrük rüsumlar
qüvvəyə minib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd
Mühafizəsi Xidməti (CBP) məlumat yayıb.




Qurumun açıqlamasında bildirilir ki, 24 fevral 2026-cı il
tarixində ABŞ-nin Şərq Sahilləri vaxtı ilə saat 00:01-dən (Bakı
vaxtı ilə 09:01) etibarən xaricdə istehsal olunaraq ABŞ-a gətirilən
və ya anbarlardan göndərilən bütün mallara 10% həcmində rüsum
tətbiq edilir. Bu tədbir 150 gün – yəni 24 iyul 2026-cı il
tarixinədək qüvvədə olacaq.

Ağ Evin nümayəndəsi NBC News telekanalına bildirib ki, Vaşinqton
administrasiyası qlobal idxal rüsumlarının 15%-ə qədər artırılması
ilə bağlı ayrıca fərman üzərində işləyir. Lakin həmin sənədin
prezident Donald Tramp tərəfindən nə vaxt imzalanacağı
dəqiqləşdirilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir