“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.
Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, – deyə o, qeyd edib.
190 ha ərazisi olan #AğdamSənayeParkı-nın hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox #investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək.
1/2— Mikayil Jabbarov (@MikayilJabbarov) July 5, 2022
www.RIA24.az